Qax rayonunda iki uşağın zəhərlənərək vəfat etməsi faktı ilə bağlı araşdırma başlanıb.
Bu barədə AzerTimes-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, rayonun Tasmalı kənd sakinləri – 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər.
12 yaşlı Murad Qasımlı və 9 yaşlı İbrahimxəlil Qasımzadə vəfat edib.