Avstraliyanın Oakdeyl şəhərində iki yüngül motorlu təyyarənin havada toqquşması nəticəsində 3 nəfər ölüb.
AzerTimes xəbər verir ki, məlumatı Yeni Cənubi Uels ştatının polis idarəsi yayıb.
“Hazırda polis əməkdaşları hadisə yerində işləyir, qəzanın baş verdiyi əraziyə giriş məhdudlaşdırılıb”, – məlumatda bildirilib.
Hadisənin baş vermə səbəbləri və şəraiti araşdırılacaq.