5-6 may tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyinin və Azərbaycan Stronqmen Federasiyasının dəstəyi ilə
Gürcüstanda kecirilən Beynəlxalq Qran-pri turnirinə yollanan 3
stronqmen idmançımızdan ikisi yarışın qalibi olaraq qızıl medal
qazanıb, bir idmançımız isə beşinci yerdə qərarlaşıb.
Trend xəbər
verir ki, şəxsi çəkisi 80 kq olan idmançılar arasında Fövqəladə
Hallar Nazirliyinin əməkdaşı, Dünya və Avropa çempionu, Azərbaycan
Respublikasının və Beynəlxalq Dərəcəli idman ustası olan Rövşən
Xəlilov bütün rəqiblərindən güclü olduğunu sübut edib.
Şəxsi çəkisi 105 kq+ olan idmançılar arasında isə Hümbətov Aydın
qızıl medala sahib olaraq çempion adını qazanıb.
Digər təmsilçimiz Nicat Hüseynov isə şəxsi çəkisi 105 kq-a qədər
olan 14 rəqib idmançı arasında beşinci yerdə qərarlaşıb.
Qeyd edək ki, yarışda Azərbaycan, Gürcüstan, Almaniya, Estoniya,
Latviya, İran, İsrail dövlətlərindən 50-dən çox idmançı iştirak
edib.
Stronqmen Federasiyasının prezdenti Bəxtiyar Quliyev qeyd edib
ki, idmançılarımızı qarşıda daha mötəbər yarışlar gözləyir. O,
idmançilarımıza gələcək yarışlarda uğurlar arzu edib.