İki ssenari var: sürətli qələbə, ya da tam məhvetmə…

İki ssenari var: sürətli qələbə, ya da tam məhvetmə…

Ukraynanın sürətli qələbəsi Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu və Prezident Vladimir Putinin qeyri-adekvat reaksiyasına səbəb ola bilər.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın keçmiş hərbi prokuroru, ehtiyatda olan general-mayor Viktor Çumak deyib.

“Rusların mövqelərdən birbaşa vurub çıxarılmasından sonra taktiki nüvə silahından istifadə edilə bilər. ABŞ da ehtiyat edir ki, sürətli zərbələr münaqişənin genişlənməsinə səbəb olar. İki ssenari var: Rusiya üzərində sürətli qələbə qazanılır, Rusiya çökür. Bu, Qərb dünyası üçün də bir çox risklər yaradır.

İkinci ssenari “yoxetmə”dir. Təkcə rus qoşunları yox, bütün qüvvələr sıradan çıxacaq. Bu, Rusiyanın malik olduğu resursların – hərbi, iqtisadi, texnoloji, hətta insan resurslarının çöküşüdür”, – Çumak bildirib.

Teqlər: