İki sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub

Xəbər - Çingiz Səfərli – Trend:

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il sentyabrın 14-də qida məhsulları sahəsində fəaliyyət göstərən 27 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən AzerTimes-a verilən məlumata görə, qeyd edilən tarixdə 2 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

Əliyev Cavid Mehrali oğlu


ictimai iaşə

Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir.

2

Səlimova Nazilə Azay qızı

istehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

Twitter:@cingizsafarli

Teqlər: