İki rayon və 65 kəndə qazın verilişi müvəqqəti dayandırılacaq

Xəbər - Çingiz Səfərli – Trend:

“Qaz İxrac” İdarəsinə məxsus “Zaqatala” və “Balakən” QPS-lərdə quraşdırılmış qaz qızdırıcı sobanın texnoloji hissəyə birləşdirilməsi ilə əlaqədar sabah saat 09:00-da qaz təchizatı işlər bitənədək dayandırılacaq.

Bu barədə AzerTimes-a “Azəriqaz” İB-dən məlumat verilib.


“Qaz təchizatının dayandırılması Zaqatala (rayon mərkəzi və rayonun 10 kəndi) və Balakən rayonlarının (şəhər və rayonun 55 kəndi) bir hissəsini əhatə edəcək. Müvəqqəti narahatlığa görə abonentlərimizdən üzr istəyirik!” – deyə məlumatda qeyd olunub.

Teqlər: