İki qardaş 12 saniyəyə 25 milyon dollar oğurladı

İki qardaş 12 saniyəyə 25 milyon dollar oğurladı

ABŞ-da Massaçusets Texnologiya İnstitutunu (MİT) bitirmiş iki qardaş cəmi 12 saniyə ərzində 25 milyon dollarlıq “Ethereum” kriptovalyutasını oğurlamaqda ittiham olunur.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 24 yaşlı Antonio Per-Bueno və 28 yaşlı Ceyms Per-Bueno qardaşları fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham olunur.

Nazirlik bunu misilsiz oğurluq adlandırıb:

“Qardaşlar bir neçə ay ərzində hazırladıqları texnoloji cəhətdən mürəkkəb və təkmil sxemdən istifadə edərək, “Ethereum” kriptovalyutasından 25 milyon dollar oğurlayıblar”.

Teqlər: