İki qadın hamamda dəm qazından zəhərləndi, biri öldü

İki qadın hamamda dəm qazından zəhərləndi, biri öldü

Göyçay rayonunda 2 qadın hamam otağında dəm qazından zəhərlənib, ölən var.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Göyçay şəhər ərazisində yerləşən evlərdən birinin hamam otağında qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Fatma Zeynalova qonşusu, 1941-ci il təvəllüdlü Fatma Babayevanı hamam otağında yuyundurmağa çalışıb. Bu zaman hər iki qadın dəm qazından zəhərlənib. Nəticədə F.Babayeva hadisə yerində ölüb, digər qadın isə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Göyçay şəhəri ərazisində yerləşən evlərin birində 2 nəfərin dəm qazında zəhərlənməsi, onlardan birinin ölməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub:

“Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Hazırda müvafiq araşdırmalar davam etdirilir”.

Teqlər: