İki ölkə vətəndaşlarını Yeni Kaledoniyadan çıxarır

İki ölkə vətəndaşlarını Yeni Kaledoniyadan çıxarır

Avstraliya iğtişaşların davam etdiyi Yeni Kaledoniyadan vətəndaşlarını təxliyə etmək qərarına gəlib.

AzerTimes xəbər verir ki, bu barədə Avstraliya xarici işlər naziri Penni Vonq məlumat verib.

“Avstraliya vətəndaşları və digər ölkələrdən olan turistləri Yeni Kaledoniyadan təxliyə etmək üçün iki uçuş həyata keçirməyə icazə almışıq”, – Vonq X səhifəsində yazıb.

Yeni Zelandiya hökuməti də Yeni Kaledoniyada olan vətəndaşlarının təxliyəsinə başlayacağını açıqlayıb.

Qeyd edək ki, Yeni Kaledoniyada baş verən iğtişaşlar nəticəsində 6 nəfər ölüb, onlarla insan yaralanıb, 200-dən çox şəxs saxlanılıb. Muxtar quruma 200 milyon avrodan çox ziyan dəyib.

Teqlər: