Niderland və Danimarka hakimiyyəti Almaniyanın “Rheinmetall” şirkəti tərəfindən bərpa edilən 14 ədəd Leopard-2 tankını Ukraynaya göndərməyə hazır olduqlarını bildiriblər.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Niderland Müdafiə Nazirliyindən bildiriblər ki, hazırda tanklar təmir olunub, sınaqdan keçirilib və istifadəyə hazırdır.
“Leopard 2A4 tankları Ukraynaya döyüş meydanında üstünlük əldə etməyə kömək edə bilər. Onların əhəmiyyətli atəş gücü və yüksək sürəti var, həmçinin ekipajı yaxşı qoruyur”, – məlumatda deyilir.