İki ölkə Ukraynanın AB üzvlüyünə qarşıdır

İki ölkə Ukraynanın AB üzvlüyünə qarşıdır

Gələn həftə Avropa Komissiyasının (AK) Ukraynaya AB üzvlüyü üçün namizəd statusunun verilməsini tövsiyə edəcəyi gözlənilir.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.

“Uzunmüddətli üzvlük prosesini tezləşdirmək üçün sürətli yol yoxdur və Ukrayna hələ də blokun genişlənməsinə qarşı çıxan əsas dövlətlərin etirazlarını dəf etməlidir. AK-ın yekun rəyi müsbət olsa belə, Ukraynaya rəsmi statusun verilməsi üçün üzv dövlətlərin təsdiqi tələb ediləcək. AB liderləri bu məsələni iyunun 23-24-də Brüsseldə müzakirə etməyə hazırlaşırlar. Üzvlük prosesinin yekunlaşması on ildən çox çəkə bilən kompleks addımlar və şərtlər toplusunu əhatə edir. AK-ın rəyinin iyunun 17-də veriləcəyi gözlənilir. Bəzi üzv dövlətlər, o cümlədən Niderland indiyədək Kiyevin təklifinin dəstəklənməsinə qarşı çıxıb. Danimarka isə Ukraynanın demokratiya, qanunun aliliyi, insan haqları və s. amillərlə bağlı meyarlara kifayət qədər cavab vermədiyini bildirib”.

Teqlər: