İki ölkə arasında gizli tunel qazan şəxs ələ keçdi

İki ölkə arasında gizli tunel qazan şəxs ələ keçdi

Qırğızıstan sakininin evindən Özbəkistan ərazisinə çıxan tunel tapılıb.

AzerTimes xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, tunel 15 metr dərinlikdə döşəmənin altında qazılıb, uzunluğu 130 metrdir. Məlum olub ki, saxlanılan şəxsin evindən Özbəkistan sərhədinə qədər təxminən 50 metrdir.

Aşkar edilmiş tunel malların və insanların qaçaqmalçılığı üçün istifadə edilib. Evin 38 yaşlı sahibi qanunsuz fəaliyyətin təşkilatçısı kimi saxlanılıb.

Teqlər: