İki nazir istefa verdi – Bolqarıstanda böhran…

İki nazir istefa verdi – Bolqarıstanda böhran…

Bolqarıstanın xarici işlər naziri Teodora Gençovskaya və energetika naziri Aleksandr Nikolov istefa verib.

AzerTimes xəbər verir ki, məlumatı müvafiq nazirliklərin mətbuat xidmətləri yayıb.

Bildirilir ki, nazirlər “Belə xalq var” partiyasının koalisiya hökumətinin tərkibindən çıxması barədə qərar verdikdən sonra istefaya yollanıb.

Daha əvvəl gənclər və idman naziri Radostin Vasilev və baş nazirin müavini, regional inkişaf naziri Qrozdan Karacov istefa verib.

Qeyd edək ki, iyunun 8-də “Belə xalq var” partiyasının sədri Slavi Trifonov partiyanın koalisiyadan çıxdığını və hökumətdəki nazirlərini geri çağırdığını elan etmişdi.

Yaxın zamanlarda Bolqarıstanda yeni hökumət formalaşdırılmaycağı təqdirdə növbədənkənar parlament seçkiləri keçirilə bilər.

Teqlər: