Xəbər - Çingiz Səfərli – Trend:
Monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, 2021-ci il oktyabrın 10-da ölkə üzrə 387 ictimai iaşə obyektində 683 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, S. S. Axundov küçəsi 13D ünvanında yerləşən, fiziki şəxs Tahirov Mehdi Məmməd oğluna məxsus kafe;
2. Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küç., ev 23 ünvanında yerləşən, fiziki şəxs Qasımzadə Pərşan Niyazi qızına məxsus restoran.
Twitter: @cingizsafarli