İki mindən çox uşaq Ukrayna ərazisindən qanunsuz olaraq Rusiyaya aparılıb.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Baş nazirin müavini İrina Vereşşuk deyib.
O bildirib ki, hakimiyyət azyaşlıların harda olmaları barədə bütün məsələlərlə fərdi şəkildə məşğul olur:
“Biz müvafiq məktublar yazıb, uşaqlardan bir neçəsini Rusiya ərazisində tapıb geri qaytarmışıq. Hələ ki, Rusiyaya gedib belə uşaqları gətirən qəyyumların sayəsində 34 azyaşlı evinə dönüb”.