Cəlilabadda 7 avtomobilin iştirakı ilə yol qəzası baş verib.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
İlkin məlumata görə, qəzaya səbəb iki avtomobilin ötüşməsi olub.
Ümumilikdə 3 “Mersedes”, “VAZ 2107”, “BMV”, “Prado” və “Şevrolet” markalı minik avtomobilləri toqquşub.
Hadisə zamanı xəsarət alanların olub-olması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.