Balakəndə baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a bildirilib ki, bu gün saat 15 radələrində Balakən rayonunun İtitala kəndində 1993-cü il təvəllüdlü Surac Ramazanovun idarə etdiyi VAZ-2106 markalı avtomobil Allahverdi Osmanovun idarə etdiyi VAZ-21011-lə toqquşub.
Daha sonra isə avtomobil divara dəyib.
S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanıb.