Xəbər - Ceyhun Ələkbərov – Trend:
Şuşada aşkar olunan “İskəndər” raket qalıqlarının hansı növə aid olduğu hələlik məlum deyil.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ANAMA operativ qərargahın rəisi İdris İsmayılov deyib.
O qeyd edib ki, hələlik ərazilərdə axtarışlar davm etidirlir:
“Raketə aid olan hansısa kod yaxud yazı aşkar edilərsə, bu barədə əlavə məlumat veriləcək. Onda məlum olacaq ki, raket hansı tipə, növə aiddir.
Hazırda iki “İskəndər” raketinin atıldığı ehtimal edilir. Raketin mühərrik hissələrinin axtarışları davam etdirilir. Həmin hissələr də aşkar ediləndən sonra, rəsmi olaraq sübut olunacaq ki, Ermənistan iki raket atıb”.