Xəbər - Ceyhun Ələkbərov – Trend:
Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid “Çıraqqala” abidəsinin 5 bürcündə bərpa-konservasiya işləri artıq başa çatdırılıb.
Bunu AzerTimes-a Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər.
Qeyd olunub ki, qala divarları bərpa-konservasiya olunub:
“”Çıraqqala” abidəsi mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır. Qalanın 5 bürcündə bərpa-konservasiya işləri artıq başa çatdırılmışdır. Həmçinin bürclərarası qala divarları bərpa-konservasiya olunmuş, ərazidə arxeoloji tədqiqatlar aparıldıqdan sonra aşkar olunmuş tikililərdə əlavə konservasiya işləri həyata keçirilmişdir. Tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədilə ərazidə yerləşən meşənin içindən piyadalar üçün yol salınıb”.
Xatırladaq ki, Şabran rayonu ərazisində yerləşən “Çıraqqala” abidəsinin bərpası 2019-cu ilin iyul ayında başlanılıb.