Moldova iki ildən sonra enerji sektorunda Rusiyanın asılılığından tam azad ola bilər.
AzerTimes xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.
“Enerji baxımından müstəqilliyimizi artırmağımız və Rusiyadan asılılığımızı dayandırmağımız Dnestryanı münaqişəsinin nizamlanması prosesində təsir rıçaqlarımızı gücləndirir. İki ildən sonra Kişinyov-Vulkanesti layihəsini başa çatdıranda Rusiyadan tam enerji müstəqilliyi əldə edəcəyik”, – Sandu bildirib.