İki il əvvəl Laçın rayonu ərazisində əlverişsiz hava şəraitində xidmət zamanı istiqaməti itirərək itkin düşmüş iki hərbi qulluqçulardan birin nəşi ailəsinə təhvil verilib.
AzerTimes APA-ya xəbər verir ki, əsgər Fərid Əjdər oğlu Məmmədovun cənazəsi onun doğulub boya-başa çatdığı Ağdam rayon Orta Qərvənd kəndinə gətirilib.
Şəhidin vida mərasimi 8 avqust tarixində Ağdam rayon Quzanlı qəsəbəsində keçiriləcək. O, Quzanlı qəsəbə Şəhidlər xiyabanında dəfn ediləcək.