Hindistanda 2 il öncə koronavirusdan öldüyü bilinən şəxs evinə qayıdıb.
AzerTimes yerli mediaya istinadən xəbər verir ki, Madhya Pradeş ştatının Dhar şəhər sakini olan Kamleş Patidar evə qayıdaraq yaxınlarını şoka salıb.
Ailə üzvlərinin verdiyi məlumata görə, ikinci dalğada koronavirusa yoluxduqdan sonra səhhəti ağırlaşan Patidar Qucarat Dövlət Xəstəxanasına yerləşdirilib, daha sonra xəstəxana pasiyentin öldüyünü bildirib və yaxınlarına cəsədi təhvil verib. Ailə hətta ənənələrinə uyğun olaraq, Patidarın “cəsədi”nin yandırılmasını da icra edib.
Evinə qayıdan Patidar bu zaman kəsiyində harada olması barədə ailəsinə məlumat verməyib.
Polisin yaydığı açıqlamada isə ailəsi tərəfindən öldüyü bilinən Patidarın ifadəsi aldıqdan sonra real hekayənin gün üzünə çıxacağı bildirilib.