İki günlük küçəyə çıxma qadağa müddəti bitdi.
Paytaxtda ictimai nəqliyyat işini bərpa edib. Səhər saat 06:00-dan başlayaraq Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində sərnişinlər ictimai nəqliyyatdan, o cümlədən şəxsi maşınlardan istifadə etməklə istədikləri istiqamətdə hərəkət edə bilirlər.
Artıq marketlər, mağazaları və apteklər də müştərilərinə xidmət edirlər.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılmışdı.