Masallıda saxlanılan jurnalist Zahir Əmənov azadlığa
buraxılıb.
AzerTimes-ın məlumatına görə,
bununla bağlı Masallı məhkəməsində keçirilən prosesdə qərar qəbul
olunub. Onun barəsində polis nəzarətinə verilmə tədbiri
seçilib.
Qeyd edək ki, aprelin 13-də Masallı rayon İcra Hakimiyyətinin
Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyev rayon Polis
Şöbəsinə müraciət edərək bildirib ki, həmin gün “cənub.az” internet
saytının rəhbəri Zahir Əmənov övladının səs yazısını sosial
şəbəkələrdə yayacağı ilə hədələyərək ondan 1500 manat pul alıb.
Zahir Əmənov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb
etmə) maddəsi ilə cinayət işi başlanılıb.