Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə İttifaq dövlətinin gələcəyi ilə bağlı fikir ayrılığının olmadığını bildirib.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“İqtisadiyyatı güclü təməl üzərində qurmalıyıq. Bizim o qədər ümumi baxışlarımız var, bir-birimizə o qədər yaxınıq ki! Heç bir fikir ayrılığımız yoxdur. Bu, bizim hökumətlərin çatışmazlığıdır. Biz razılaşdıq ki, iqtisadiyyatla hökumət məşğul olacaq”, – o bildirib.
Lukaşenko xatırladıb ki, o, Brestdən Vladivostoka qədər Ümumi Vətən düsturunu irəli sürüb:
“İki bütöv dövlət olacaq. Və belə əlaqələr qurmaq üçün kifayət qədər intellektimiz var. Bu gün biz bu istiqamətdə hərəkət etməliyik. Biz bunu gizlətmirik, çünki əslində eyni gəmidəyik. Gizlətməyə nə var?”