İki dövlət – bir tibbi dələduzlar şəbəkəsi… – Foto

İki dövlət – bir tibbi dələduzlar şəbəkəsi… – Foto

Yaxın bir adama dərman yazılıb, Türkiyə istehsalı olduğu deyilib. İki gündür resept əlimdə Ankara apteklərini gəzirəm, “Türkiyədə belə dərman yoxdur”, deyirlər.

AzerTimes xəbər verir ki, bu sözləri tanınmış jurnalist Cəmaləddin Quliyev özünün Feysbuk səhifəsində paylaşıb.

“Bizim tibbi saytlardan dərmanın Türkiyə istehsalı olduğu haqda mətni və tərkibi göstərirəm. Eyni cavabdır. Nəhayət, 3 fərqli məkandakı apteklərdə bir xeyli araşdırdıqdan sonra dedilər güman ki, bu, sırf sizin sifarişçilər üçün istehsal olunur. Bəs, bu nə dərəcədə zəmanətli ya keyfiyyətli dərman sayıla bilər? Gülüb çiyinlərini atırlar. Belə. İki dövlət – bir tibbi dələduzlar şəbəkəsi…”, – o vurğulayıb.

Teqlər: