17:07
Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının ikinci günündə də iki qızıl medal qazanıblar.
AzerTimes xəbər verir ki, son olaraq Süleyman Şükürov (81 kq) finalda gürcüstanlı Aleksandre Loladze ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Şükürov yarışın qalibi olub.
Qeyd edək ki, bu gün Vüsal Qələndərzadə də (73 kq) qızıl mükafata sahib çıxıb.
Xatırladaq ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.