Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
AzerTimes xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Straxinya Bunçiçlə (Serbiya) üz-üzə gəlib.
Rəqibinə məğlub olan Y. Nəcəfov turnirlə vidalaşmalı olub.
Azərbaycan digər cüdoçusu Gültac Məmmədəliyeva da Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Anjelika Delqado (ABŞ) ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan G. Məmmədəliyeva turnirlə vidalaşmalı olub.