Azərbaycanın iki boksçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.
AzerTimes xəbər verir ki, 91 kq-dan yuxarı çəkidə mübarizə aparan Məhəmməd Abdullayev gürcüstanlı Nikoloz Beqadze ilə üz-üzə gəlib.
Rəqibi üzərində 5:0 hesablı qələbə qazanan milli komandanın üzvü adını yarımfinala yazdıraraq ən azı bürünc medalı təmin edib.
Azərbaycan boksçusu Alfonso Dominges də yarımfinala yüksəlib. 86 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda yerli idmançı Şoxcahon Abdullayevlə qarşılaşıb.
Rəqibinə 5:0 hesabı ilə qalib gələn Dominges yarımfinala adlamaqla ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, 1/2 final döyüşləri mayın 12-də olacaq.