Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında
keçirilən Avropa çempionatında Azərbaycan komandasının iki üzvü
finala yüksəlib.
AzerTimes-ın
məlumatına görə, finala gedən yolda boksçumuz Nicat Hüseynov (51
kq) türkiyəli Mehmethan Çinarı, Ruslan Qədirov (54 kq) Ukrayna
təmsilçisi Elmir Nəbiyevi mübarizədən kənarlaşdıraraq həlledici
mərhələyə vəsiqə qazanıblar.
Yığmamızın digər üzvləri Nəbi İsgəndərov (67 kq) və Cəlal
Qurbanov (63,5 kq) isə yarımfinalda uduzduqlarından turniri bürünc
medalla başa vurublar.