İki ayda Bakıda avtobuslarla 80 milyondan artıq səfər sayı qeydə alınıb (VİDEO)

Xəbər - Samir Əli – Trend:

Son iki ayda 94 nəfər sürücü Bakı Nəqliyyat Agentliyinin Sürücü
Təlim Mərkəzində təlimlərə cəlb edilib.

Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə,
2022-ci ilin ilk iki ay Bakı şəhərində müntəzəm sərnişindaşımalar
üzrə göstərilən xidmətinin artırılması baxımından əhəmiyyətli
olub.

Ötən dövrdə özəl daşıyıcı şirkətlər tərəfindən paytaxta
ümumilikdə 62 ədəd yeni müasir sərnişindaşıma tələblərinə cavab
verən avtobuslar gətirilib. Bunun sayəsində 4 müntəzəm marşrut
xətti üzrə (49,119,135 və 199) sərnişindaşımaları yaxşılaşdırılıb.
Sərnişin tələbatı nəzərə alınmaqla 10 marşrut xətti üzrə hərəkət
sxemi optimallaşdırılıb. Nəticədə həmin xətlər üzrə gündəlik
sərnişin səfər sayında 3500-ə yaxın artım müşahidə edilməkdədir.
Yeni avtobusların alınması ilə yanaşı 200 ədəd nəqliyyat vasitəsinə
xidmət göstərmək imkanına malik istehsalat bazası istifadəyə
verilib. Sərnişindaşımalarda təhlükəsizliyin təmin olunması
baxımından vacib amil hesab edilən sürücülərin peşəkarlıq
səviyyəsinin artırılması məsələsi də diqqətdə saxlanılıb. Son iki
ayda 94 nəfər sürücü Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim
Mərkəzində təlimlərə cəlb edilib. Təlimi uğurla başa vuran
sürücülərin hamısı “BakuBus” MMC-də işlə təmin edilib.
Yanvar-fevral aylarında müntəzəm marşrut xətləri üzrə ümumilikdə
80.7 milyon sərnişin səfər sayı qeydə alınıb.


Yol hərəkətinin təşkili və nəqliyyat infrastrukturu ilə bağlı
görülən işlərə gəlincə cari ilin ötən iki ayında 2 küçə və
prospektdə yol şəraiti yaxşılaşdırılıb və təhlükəsizlik səviyyəsi
artırılıb. Küçə və prospektlərdə 85 yeni eynisəviyyəli piyada
keçidi təşkil edilib və 406 piyada keçidinin boyaları yenilənib.
Bunlardan 6-da “sarı döyünən işıq” tətbiq edilib. 11 məntəqədə isə
mövcud svetoforlara piyada seksiyaları quraşdılıb. 1200-ə yaxın yol
nişanı quraşdırılıb. 27 məntəqədə ümumilikdə 270-dən artıq
avtomobil üçün parklanma yerləri yaradılıb. Vətəndaş müraciətləri
və təhlillər əsasında zəruri olan 51 ünvanda avtobus dayanacaq
məntəqəsi təşkil edilib.

Teqlər: