İki ayda 700 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Xəbər - Samir Əli – Trend:

2022-ci ildə daxili işlər orqanları əməkdaşlarının keçirdikləri
əməliyyyatlar nəticəsində 697 kiloqram narkotik vasitə, 80 kiloqram
güclü təsiredici psioxotrop maddə qanunsuz dövriyyədən
çıxarılıb.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Daxili İşlər
Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad
Hacıyev deyib.

O bildirib ki, bu dövrdə narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə bağlı 1456 fakt aşkarlanıb ki, onun da 999-u satış
olub.

“Faktlarla əlaqədar daxili işlər orqanlarının Baş idarə, idarə,
şöbə və bölmələrində narkotik vasitəlrin qaunsuz dövriyyəsi ilə
əlaqədar əməliyyat-axtarış, əməliyyat- istintaq və əməliyyat
texniki tədbirlər davam etdirilir”,- deyə E. Hacıyev bildirib.

Teqlər: