Xəbər - Çingiz Səfərli – Trend:
Bu il II ixtisas qrupu üzrə nəticələr 2020-ci illə müqayisədə zəifdir. III ixtisas qrupu üzrə nəticələrdə isə ötən illə müqayisədə ciddi fərq yoxdur.
AzerTimes xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
K.Əsədov II qrup üzrə ödənişsiz plan yerlərinin sayının artırıldığını qeyd edib:
“II ixtisas qrupu üzrə 5346 abituriyent 200-dən çox bal toplayıb, 150-dən çox bal toplayan abituriyentlərin sayı isə 8079 nəfərdir. 2020-ci ildə isə II qrupda 5356 abituriyent 200-dən çox bal toplayıb, 150-dən çox bal toplayanları sayı isə 7682 nəfər olub. 2021-ci ildə II ixtisas qrupu üzrə 13672 plan yeri ayrılıb ki, onun da 4230 plan yeri ödənişsiz plan yeridir. 2020-ci ildə isə 13800 plan yeri ayrılmışdı ki, onun da 4115 plan yeri ödənişsiz idi. II qrupda müsabiqə şərtlərini ödəyən abituriyentlərin 100 faizi tələbə adını qazana bilər. II ixtisas qrupu üzrə 45 nəfər 650-dən, 196 nəfər 600-də, 464 nəfər 550-dən, 823 abituriyent isə 500-dən çox bal toplayıb. 2020-ci ildə isə 650-dən çox 48, 600-dən çox 216, 550-dən çox 535, 500-dən çox bal toplayan isə 899 abituriyent olmuşdu. II ixtisas qrupu üzrə prezident təqaüdünü 670-dən çox bal toplamış abituriyentlər ala biləcək”.
Ekspert bildirib ki, III qrup üzrə ödənişsiz plan yerlərinin sayı ötən illə müqayisədə azaldılıb:
“IIl ixtisas qrupu üzrə 14128 abituriyent 200-dən çox, 16567 abituriyent isə 150-dən çox bal toplayıb. Ötən il isə 200-dən çox bal toplayan abituriyentlər 15368, 150-dən çox bal yığanlar isə 17964 abituriyent olmuşdu. 2021-ci ildə III ixtisas qrupu üzrə 12853 plan yeri ayrılıb ki, onun da 4353 plan yeri ödənişsiz plan yeridir. 2020-ci ildə isə 12286 plan yeri ayrılmışdı ki, onun da 4256 plan yeri ödənişsiz idi. III qrupda müsabiqə şərtlərini ödəyən abituriyentlərin 4 min nəfərdən çoxu ali məktəblərə qəbul ola bilməyəcək. III ixtisas qrupu üzrə 650-dən çox 83, 600-dən çox 617, 550-dən çox 1547, 500-dən çox 2864 abituriyent bal toplayıb ki, 2020 ci ildə 650-dən çox 88, 600-dən çox 555, 550-dən çox 1440, 500-dən çox 2714 abituriyent bal toplamışdı. III ixtisas qrupu üzrə prezident təqaüdü 670 dən çox bal toplamış abituriyent ala biləcək. Bu il III ixtisas qrupu üzrə nəticələr 2020 ilə müqayisədə ciddi fərqlənmir. Yüksək ballılar azalsa da, orta bal toplayan abituriyentlərin sayı artıb”.
Twitter:@cingizsafarli