III qrupda dövlət sifarişi üzrə plan yerlərinin sayı artırıldı

III qrupda dövlət sifarişi üzrə plan yerlərinin sayı artırıldı

III qrupda dövlət sifarişi üzrə plan yerlərinin sayı əlavə 800 yer artırılıb.

AzerTimes xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ixtisas seçimi zamanı nələrə diqqət yetirməli” mövzusunda keçirilən canlı yayımda deyib.

Onun sözlərinə görə, DT alt qrupunda 440 baldan yüksək nəticə göstərənlərin dövlət sifarişli yerlərdə oxumaq şansları var: “Yuxarı reytinqli ixtisaslarda ballar aşağı düşə bilər. Orta və aşağı reytinqli ixtisaslarda isə ötənilki kimi olacaq”.

Teqlər: