III qrupda aşağı bal toplayanların seçim imkanı artacaq – Məleykə Abbaszadə

Xəbər - Çigniz Səfərli – Trend:

“Regionşünaslıq” və “Beynəlxalq münasibətlər” ixtisaslarının III qrupa keçirilməsi ilə bu qrupa 1300 plan yeri əlavə olunacaq.

AzerTimes xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu, III qrupda gərginliyin aşağı düşməsinə gətirib çıxaracaq:

“300 baldan aşağı nəticə göstərib, istədikləri ixtisaslara düşə bilməyənlərin seçim imkanları artacaq. Həmçinin “Regionşünaslıq” və “Beynəlxalq münasibətlər” ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin seçəcəyi coğrafiya fənninin çətinlik dərəcəsi II qrupla eyni olacaq. Balların hesablanma alqoritmində də heç bir dəyişiklik olmayacaq. Fənnlərin əmsalları dəyişməyəcək. Sadəcə coğrafiya fənninin əmsalı ədəbiyyat fənninə uyğun olacaq”.


Twitter: @cingizsafarli

Teqlər: