Böyük Britaniya kralı III Çarlz xəstəxanaya yerləşdirilib.
AzerTimes xəbər verir ki, məlumatı Bukingem Sarayının mətbuat xidməti yayıb.
Bildirilib ki, III Çarlz prostat vəzindən əməliyyat olunacaq.
Qeyd edək ki, bir qədər əvvəl kralın prostat vəzində xoşxassəli törəmə aşkarlanıb.