III Çarlz ilk Milad müraciətini etdi

III Çarlz ilk Milad müraciətini etdi

Böyük Britaniya kralı III Çarlz Milad bayramı şərəfinə xalqa ilk müraciətini edib.

AzerTimes xəbər verir ki, çıxış kraliça II Yelizaveta və onun əri şahzadə Filippin dəfn olunduğu Vindzor qəsrindəki Müqəddəs Georgi kapellasında qeydə alınıb.

Çarlz III müraciətinin başlanğıcını anasının ölümünə həsr edib, ona dəstək sözləri yazan insanlara minnətdarlığını bildirib.

III Çarlz qeyd edib ki, cəmiyyətin əsasını hər bir insanın başqalarının həyatına işıq salmaq kimi qeyri-adi qabiliyyətinə inam təşkil edir. O, hərbçilərə və tibb işçilərinə, eləcə də xeyriyyə təşkilatlarına, ehtiyacı olanlara pul və ərzaq bağışlayan insanlara ehtiramını ifadə edib.

“Milad, əlbəttə ki, xristian bayramıdır, lakin qaranlığa qalib gəlmək üçün işığın gücü imanın hüdudlarından kənarda qarşılanır. İşıq və başqalarına xidmətimizin əsl təvazökarlığı ilə gələcəyə ümid tapa biləcəyimizə inanıram”, – III Çarlz deyib.

O, hamını bayramdan zövq almağa çağırıb, sülh, xoşbəxtlik və əbədi işıq arzulayıb.

Teqlər: