Bukingem sarayı son on ildə ilk dəfə kraliça II Yelizavetanın bir sıra vəzifələrini azaldıb.
AzerTimes xəbər verir ki, bu barədə “Deyli Mail ” nəşri məlumat yayıb.
Kraliça dövlət başçısı kimi parlamentin rəsmi açılışı, baş nazirin təyin edilməsi, habelə dövlət səfərləri və digər dövlətlərin başçılarını qəbul etmək öhdəliklərini daşıyır.
Məlumata görə, bundan sonra kraliçanın oğlu Uels Şahzadəsi Çarlz ən məsuliyyətli rəsmi vəzifələrini üzərinə götürəcək.