Böyük Britaniya Kraliçası II Yelizavetanın ictimai vida mərasimi başlayıb.
AzerTimes xəbər verir k, vida mərasimi Londondakı Vestminster sarayında keçirilir.
Mərasimdə kral III Karl və monarxın digər övladları – şahzadə Anna, York hersoqu Endryu və Uesseks qrafı Edvard iştirak edirlər.
Parlamentin ən böyük və ən qədim zalı kraliçanın dəfn mərasimi günü – sentyabrın 19-u saat 09:30-a qədər açıq olacaq.