Britaniya kraliçası II Yelizaveta həkim nəzarətinə götürülüb.
AzerTimes xəbər verir ki, bu barədə Bukinqem sarayından məlumat verilib.
“Bu səhər əlavə müayinədən sonra kraliçanın həkimləri onun səhhətindən narahat olublar və ona həkim nəzarətində qalmağı tövsiyə ediblər. Kraliça özünü hazırda rahat hiss edir”, – məlumatda qeyd olunub.