II qrupda dövlət sifarişli yerlərin sayı artırıldı

II qrupda dövlət sifarişli yerlərin sayı artırıldı

II qrupda dövlət sifarişli yerlərin sayı artırılıb.

AzerTimes xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bəzi ali məktəblər əvvəllər dövlət sifarişli yerlərin bölgüsündə iştirak etmirdilər:

“Ancaq bu il II qrupda, demək olar, bütün ali məktəblər dövlət sifarişli yerləri təqdim ediblər. Bundan başqa, Bakı Mühəndislik Universiteti də iki ixtisas üzrə – beynəlxalq ticarət və logistika, həmçinin marketinq ixtisası üzrə bu il dövlət sifarişli yerlərin bölgüsündə iştirak edir. Eyni zamanda UNEC-in Zaqatala filialı da bu il dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə dövlət sifarişli yerlərin siyahısında var. Bu isə yenilikdir. Bakı Dövlət Universitetində də statistika ixtisası II qrup üzrə dövlət sifarişli yerlərin siyahısında öz yerini tapıb”.

Teqlər: