Böyük Britaniya kraliçası II Elizabet hakimiyyətinin 70-ci ildönümü ərəfəsində xalqa müraciət edib.
AzerTimes-ın məlumatına görə, II Elizabet öz müraciətində böyük oğlu Şahzadə Çarlzla birlikdə taxta çıxacaq Böyük Britaniyanın yeni konsort kraliçasının adını açıqlayıb.
“Mənə göstərdiyiniz sədaqət və məhəbbətə görə sonsuza qədər minnətdaram və sizə borcluyam. Və bilirəm ki, oğlum Çarlz və onun həyat yoldaşı Kamilla hakimiyyətə gələcək zaman mənə verdiyiniz dəstəyi onlara da verəcəksiniz”, – deyə II Elizabet bildirib.
Qeyd edək ki, Kamilla şahzadə Çarlzın ikinci arvadıdır. Daha əvvəl onun yalnız konsort şahzadə ola biləcəyi qeyd edilirdi.
Xatırladaq ki, II Elizabet 1952-ci il 6 fevral tarixində hakimiyyətə gəlib, o, Britaniya tarixində bütün monarxlar arasında ən uzun müddət hakimiyyətdədir və eyni zamanda dünyanın ən yaşlı dövlət başçısıdır.