İH-dan Şamaxıya yağan dolu ilə bağlı açıqlama…

İH-dan Şamaxıya yağan dolu ilə bağlı açıqlama…

Şamaxı rayonu ərazisinə yağan güclü leysan xarakterli yağışlar, həmçinin dolu nəticəsində rayon sakinlərinin əmlak və təsərrüfatına ciddi zərər dəyməyib.

AzerTimes xəbər verir ki, bu barədə Şamaxı Rayon İcra Hakimiyyətindən Azərtac-a verilən məlumatda deyilir.

Bildirilib ki, rayonun Bağırlı, Dağ Bağırlı, Çarhan kəndlərində bəzi həyətyanı sahələrin hasarlarına və yardımçı tikililərə ziyan dəyib. Hazırda rayon ərazisində ayrı-ayrı yerlərdə yağmurlu hava şəraiti fasilələrlə davam edir.

Teqlər: