İğdır-Naxçıvan qaz kəməri layihəsinin büdcəsi açıqlanıb

Xəbər - Ləman Zeynalova – Trend:

2022-ci ildə İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsinə 100 milyon lirə (7,4 milyon dollar) investisiya qoymaq planlaşdırılır.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, 2023-cü ilədək layihənin ümumi investisiya dəyəri 185 milyon lirə (13,7 milyon dollar) təşkil edəcək.

“Bu il İğdır vasitəsilə Naxçıvandan təbii qazın nəql olunacağı boru kəmərinin tikintisi başlayacaq. Kəmərin buraxılış gücü sutkada 1,5 milyon kubmetr təşkil edəcək. Eyni zamanda, layihə çərçivəsində Dilucu məntəqəsində qazpaylayıcı stansiya tikiləcək. Bu stansiya 20 min kvadrat metr sahəni əhatə edəcək və boru kəməri ilə qaz axını balansını təmini edəcək. Beləliklə təbii qaz Naxçıvandan ən təhlükəsiz şəkildə daxil olacaq”, – məlumatda deyilir.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında İğdır-Naxçıvan qaz kəməri ilə bağlı anlaşma memorandumu 2020-ci il dekabrın 15-də imzalanıb.


Layihə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti tərəfindən reallaşdırılacaq.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: