Sosial şəbəkələrdə 1990-cı il yanvarın 25-də Türkiyənin İğdır vilayətində Sovet ordusunun Bakıda törətdiyi qanlı qırğına etiraz olaraq keçirilən mitinqin görüntüləri yayılıb.
AzerTimes xəbər verir ki, Azərbaycan və Türkiyə bayraqlarının qaldırıldığı mitinqin görüntüləri istifadəçilər tərəfindən maraqla qarşılanıb.