Xəbər - Ləman Zeynalova -Trend:
Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi ilə məşğul olan ICGB AD layihə şirkəti layihələndirmə, satınalma və tikinti işlərinə görə 8,7 milyon avro vəsaitin əldə olunması üçün müraciət edib.
Bu barədə AzerTimes-a şirkətdən bildiriblər.
Qeyd olunur ki, ödənişin gözlənilən müddəti sentyabrın əvvəlidir. Bununla əlaqədar olaraq ayrıca audit keçirilir.
Qeyd edək ki, IGB layihəsi “Şahdəniz 2” yatağından hasil olunan Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutur. Layihənin ilkin buraxılış gücü ildə 3 milyard kubmetr təşkil edəcək. Gələcəkdə bu göstəricinin ildə 5 milyard kubmetrədək artırılması planlaşdırılır.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)