Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:
2021-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) qəbul gücü sutkada 96 685 meqavatt təşkil edəcək.
Trend bu barədə “Bulgartransgaz” şirkətinə istinadən məlumat verir.
Qeyd olunur ki, 2021-2025-ci illər ərzində boru kəmərinin qəbul gücü eyni səviyyədə olacaq.
Eyni zamancda, IGB-nin buraxılış gücü 2021-2025-ci illərdə sutkada 21 174 meqavatt təşkil edəcək.
Qeyd olunan göstəricələr layihə gücüdür və boru kəmərinin istismara verilməsindən sonra dəyişə bilər.