Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:
Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi layihəsi çərçivəsində geodeziya tədqiqatları başa çatıb.
Bunu AzerTimes-a ICGB AD layihə şirkətindən bildiriblər.
Qeyd olunub ki, boru kəmərinin 182 kilometrlik marşrutu boyunca ərazinin təmizlənməsi başa çatıb:
“Zəruri sayda borular istehsal olunub və iki ölkənin ərazisinə gətirilib. Torpaq işləri, boruların döşənməsi və torpaqla örtülməsi işləri davama edir. Podratçı müəssisə işləri 2021-ci ilin sonunadək başa çatdırmaq niyyətindədir”.
Marşrut boyunca, həmçinin boruların 110 kilometri qaynaq olunub.
Bundan başqa, ICGB AD interkonnektorun tikintisi üçün maliyyələşmənin ilk tranşını əldə edib.
Tender prosedurlarının yoxlanmasından və zəruri sənədləşmənin nəzərdən keçirilməsindən sonra 28,5 milyon avro məbləğində vəsait əldə edib.