IFC Azərbaycanda elektron maliyyə xidmətlərinin inkişafına kömək edəcək – Regional menecer

Xəbər - Ləman Zeynalova – Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda elektron maliyyə xidmətlərinin inkişafına kömək edəcək.

Bunu Trend-ə IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte deyib.

O bildirib ki, ölkə əhalisinin yalnız 29 faizə yaxını maliyyə müəssisələrində hesablara malikdir: “Maliyyə xidmətlərinin əlçatanlığının təmin olunması məqsədi daşıyan IFC-nin “Azərpoçt” MMC ilə tərəfdaşlığı xüsusən ucqar rayonlarda elektron maliyyə xidmətlərinin inkişafına xidmət edəcək. İşlər IFC-nin elektron və rəqəmsal xidmətlər üzrə layihəsi çərçivəsində həyata keçirilir. Bu layihə İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyi ilə birgə reallaşdırılır”.

İ.Duarte əlabə edib ki, IFC-nin elektron və rəqəmsal xidmətləri həm də Azərbaycan Mərkəzi Bankı tərəfindən dəstəklənir:


“İş bank olmayan ödəniş xidmətləri tədarükçülərinin təşviqinə, innovativ ödəniş həllərinin təqdim edilməsinə yönəlib. Gələcəkdə biz Azərbaycanda kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə çıxış imkanlarının genişləndirilməsi üçün özəl sektorun şirkətlərinə, eləcə də maliyyə müəssisələrinə birbaşa investisiyalar imkanını öyrənməkdə davam edəcək”.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: