Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra
başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə zərərçəkmişlər gəlməyib. Vilyam Hacıyevin vəkili
zərərçəkmişlərin prosesə məcburi gətirilməsi barədə vəsatət
qaldırıb.
“Zərərçəkmişlər məcburi gətirilməlidir. Bu onların istəyi ilə
deyil. Xahiş edirəm vəsatət təmin edilsin”, – vəkil bildirib.
Daha sonra prosesdə çıxış edən təqsirləndirilən şəxs Vilyam
Hacıyev bildirib ki, sərbəst ifadə verməyə hazır deyil: “Mən ifadə
verəcəyəm, amma hazır deyiləm. Birinci zərərçəkmişlərin nümayəndəsi
ifadə verməlidir. Mən bilmirəm ki, hansı istiqamətdə ifadə
verməliyəm. Bilim ki, günahım nədir, onda ifadə verim. Mən hazır
deyiləm”.
Hakim Vilyam Hacıyevə ifadə vermək üçün vaxt verib.
Məhkəmə növbəti iclası mayın 27-ə təyin edilib.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli
miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv
rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə
saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə
ittiham olunur.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra
başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli
miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci
(qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan
olunub.